🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən

Oktyabrın 5-i gündüzdən 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Azərbaycan.media saytına  Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Qobustan, Neftçala, Daşkəsən, Goranboyda fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.