🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əmtəə bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

Azərbaycan.media birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,15% azalaraq 3,891.70 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,74% azalaraq 47.33 ABŞ dolları olub.