Azərbaycan.media xəbər verir ki, məşhur müğənni Xatirə İslam “Rəngarəng” verilişində ailə üzvləri ilə bağlı maraqlı açıqlamalar verib. Proqrama qardaşı Tural və gəlinləri Zümrüd xanımla birlikdə qatılan sənətçi ailə münasibətlərindən danışıb.
“Ev işləri və yeməklər gəlinimiz oyanmazdan əvvəl görülür. Onun günə başlamaq və qardaşıma çay, kofe təqdim etmək kimi sadə bir rutini var. Gəncdirlər, qoy, rahat yaşasınlar, gəzsinlər, kef etsinlər. Anam da bu qayğıları öz üzərinə götürür, deyir ki, ‘Yazıqdır, qoy, gəlin yatsın’. Mən nə demişəmsə, gəlinimiz hər zaman ‘baş üstə’ deyib, heç vaxt etiraz etməyib. Sadəcə, gec yatdığı üçün səhər oyanmaqda çətinlik çəkir. Oyunda vaxt keçirir, amma vaxtında yatmaq vacibdir ki, səhər enerjili başlaya bilsin,” – deyə Xatirə İslam bildirib.
Azərbaycan.media
