🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Noyabrda 4 günlük bayram tətili gözlənilir

Azərbaycan.media xəbər verir ki, noyabrda 4 günlük bayram tətili gözlənilir!
Gələn ay ardıcıl dörd gün qeyri-iş günü olacaq. Belə ki, 8 noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Günü şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarına əsasən 10 və 11 noyabr da istirahət günü elan olunub.
İlk iş günü – 12 noyabr tarixində başlayacaq.
Qeyd edək ki, 12 noyabr – Konstitusiya Günü və 17 noyabr – Milli Dirçəliş Günü rəsmi bayram günləri olsa da, bu tarixlərdə iş davam edəcək.