Türkiyə İsraillə ticarət əlaqələrini bir il yarım əvvəl tam kəsib.
Azərbaycan.media xəbər verir ki, APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə Qəzzada sülhün bərqərar olması üçün səylərini davam etdirəcək.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla görüşdə Qəzza məsələsi gündəlikdə ilk sırada olub.
