🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Berlində avtobus və tramvay toqquşdu – Xəsarət alanlar var

Berlində Aleksandrplats yaxınlığında tramvay və avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan.media  xəbər verir ki, bu haqda “Bild” məlumat yayıb.

Nəşr qeyd edir ki, toqquşma nəticəsində avtobusda olan 6 nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilib. Tramvayda əksəriyyəti uşaqlar olmaqla 29 nəfər olub.