🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Ukrayna ABŞ ilə 90 milyard dollarlıq silah müqaviləsi bağlamaq istəyir” – “Politico”

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-la Kiyevə silah, o cümlədən uzaqmənzilli raketlərin tədarükü üçün böyük müqavilə bağlamaq planlarını açıqlayıb.

Azərbaycan.media xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Biz prezidentlə (ABŞ Donald Tramp – red.) əsas məqamları müzakirə etdik və razılaşdıq. İndi biz əməli icraata keçirik”, – o deyib.

Nəşrin məlumatına görə, müqavilə çərçivəsində silahların dəyəri təxminən 90 milyard dollar təşkil edəcək.