Bu ilin oktyabr ayında Gürcüstan hakimiyyəti ölkənin Konstitusiya Məhkəməsinə sabiq prezident Mixail Saakaşvili tərəfindən təsis edilmiş müxalifət partiyası olan Vahid Milli Hərəkatın qadağan olunması tələbi ilə iddia qaldırmağı planlaşdırır.
Azərbaycan.media Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Kollektiv Milli Hərəkatı təşkil edən bütün partiyaları konstitusiyaya zidd elan etmək üçün müvafiq iddia qaldıracağıq”, – deyə o bildirib.
Baş nazir bu prosesi demokratik adlandırıb.
