🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Abşeronda anbarda güclü yanğın baş verib – VİDEO

Abşeronda anbarda güclü yanğın baş verib.

Azərbaycan.media bildirir ki, bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.