Yoluna davam et, uğur, ürəyim
Elədən beləyə dərdə yol açdın,
Üstü ələk-vələk, yağır ürəyim.
Nə bir üsyan etdin, nə də ki, çaşdın,
Sındın, əyilmədin, məğrur ürəyim.
Hər gələn nə varsa, çəkdin üstünə,
Buna tab gətirməz nə köks, nə sinə,
Axı sən ürəksən, səs ver səsimə,
Bir dillən, bir danış, bağır, ürəyim.
Bir dəvə yükünlə karvan gəzirəm,
Axıdıb sellərə, saman gəzirəm,
Təzdən peşman olub aman gəzirəm,
Qorxuram çatlayar, yığır ürəyim.
Sən kökü dərində məzhəb imişsən,
Oxuna bilməyən sənəd imişsən,
A mənim güvəncim, sən nə imişsən?
Özü dünya boyda yumruq ürəyim.
Məndən çəkdiyini ud qram-qram,
Nə aldın, alırsan, bac alammıram,
Onsuz da səninlə bacarammıram,
Yoluna davam et, uğur, ürəyim.
Bəxtim, uduzmuşam səni
Bəxtim, hələ çocuk ikən,
Oynayıb cızmışam səni.
Alnımdaca açıq ikən,
Karıxıb pozmuşam səni.
Na ağlayım, nə hönkürüm,
Sabaha nə güman, kərim,
Hələ dünənki günlərin,
İçində azmışam səni.
Qınamışam çoxu kimi,
Varmı kimi, yoxmu kimi,
Bir gecəlik yuxu kimi
Görməmiş yozmuşam səni.
Haqqı-sayın da boynumda,
Böyümədi heç boyun da,
Bəxtim, taleh oyununda
Artıq uduzmuşam səni.
Səni öz yerimə özüm böyütdüm
Qızım Zübeydəyə
Nə tale qınayıb, nə üsyan edib,
Yığıb bir şeirə misracan edib,
Bax, gör bir canımı neçə can edib,
Səni öz yerimə özüm böyütdüm.
Uçulmuș taxtımda qurdun saray sən,
Ömrümə hənirti, dəli haraysan,
Sönmüş bir ocağın oduna paysan,
Üfürə-üfürə közüm böyütdüm.
Nələr qazanmadım günahdan başqa,
Bir qalib əsgərə döndüm savaşda.
Yer-göy də şahiddi, Allahdan başqa
Əlimi hər şeydən üzdüm böyütdüm.
Mən hələ yenilməz dağam, durmuşam,
Hələ qurtarmayıb qovğam, durmuşam
Səni gündə min kəs doğam, durmuşam,
Çünki səni istək, arzum böyütdüm.
Elə bir günüm var, sönüb gedərəm,
Olub keçənləri anıb gedərəm,
Dünənə, uzağa dönüb gedərəm,
Səni sabahlara izim böyütdüm.
Səni öz yerimə özüm böyütdüm.
Çox șükür, min şükür, qızım, böyütdüm!
Daha keçib, deyəcəyəm
Çoxdan saxladığım sözü
Bir gün аçıb deyəcəyəm.
Ətəyimdəki daşları
Yera töküb deyəcəyəm.
0 söz yaman dərindədir,
Söz sağaldar dərin dərdi.
Bir ucu lap dilimdədir,
Daha keçib, deyəcəyəm.
Söz kimi yumşaq görünür
Demirəm, ikrah görünür,
Görsəm ki, çılpaq görünür,
Sözə büküb deyəcəyəm.
Söz içimdə qopub qalsa,
Ürəyimə hopub qalsa,
Ayıq dilim topuq çalsa,
Şərab içib deyəcəyəm.
Yenilməz fatehlər salmısan yola
Dönmüsən cavabsız min bir suala,
Sinəsi sirlərlə dolu Naxçıvan.
Dindirsən dillənər torpağın, dașın,
Hər düșən yarpağın, kolun, Naxçıvan.
Tarixin yaddașı, Nuhun gəmisi!
Titrətsin dünyanı $ərur cəngisi.
Tanrının bəxşişi, ləli, incisi,
Dünənin bu günə yolu Naxçıvan.
Cığırlar alnının qırıșan yeri,
Kədərin sevinclə barıșan yeri,
Qoşa Culfaların qovușan yeri,
Ürəyi niskillə dolu Naxçıvan.
Yaşından söz düşsə, yaddaș qan tökər,
Tarix sinəsindən sənə don biçər,
Dağlar möhür vurar, Araz qol çəkər,
Yaranmaz nə sual-soru, Naxçıvan.
Dəyanət rəmzindir vüqarlı dağlar,
Təmiz vicdanındır çağlar bulaqlar,
Təbiət ilhamın bu yerdən alar,
Dövləti, sərvəti, malı Naxçıvan.
İgidlər məskəni, Xaqanlar yurdu,
Ey alınmaz qala, basılmaz ordu,
Hər qarıș torpağın qanla yoğruldu,
Özünü düşməndən qoru, Naxçıvan!
Bitməz qanındakı iradə, təpər,
Düşmənə göz dağı, düşmənə sipər,
Sıyır qılıncını sən, ər oğlu ər,
Göstər qolundakı zoru, Naxçıvan!
Ay Allah, cənnətdir, sirdir, deyəsən,
Necə vəsf edəsən, birdir deyəsən?
Öpüb torpağını, pirdir deyəsən,
Müqəddəs diyarım Ulu Naxçıvan.
Sən odlar yurdunun göz bəbəyisən,
Özünü düşməndən qoru, Naxçıvan!
