🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Faiq Ələkbərlinin üç cildlik fəlsəfi irsi təqdim olundu

Faiq Ələkbərlinin üç cildlik fəlsəfi irsi təqdim olundu

22 sentyabr 2025 tarixində Sosial Tədqiqatlar Mərkəzində Azərbaycan fəlsəfi fikir tarixinin önəmli hadisələrindən biri baş verdi — tanınmış alim, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX–XX əsrlər” adlı üç cildlik monumental araşdırmasının təqdimatı keçirildi.

Tədbirin moderatoru — Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya departamentinin müdiri Əziz Əlibəyli — diskussiyaya səriştə və dərinlik qataraq, açıq fikir mübadiləsinin, mübahisəli ovqatın və elmi debat mədəniyyətinin formalaşmasına zəmin yaratdı.

Təqdim olunan əsərlər yalnız akademik zəhmətin nümunəsi deyil, həm də Müstəqillik və Zəfər dönəmində yenilənən tarix, ədəbiyyat və fəlsəfə diskursunun canlı örnəkləridir. Bu üç cildlik iş, Azərbaycan Türk ictimai və fəlsəfi fikrinin XIX–XX əsrlər boyu keçdiyi yolları, dönüş nöqtələrini və ideya qatlarını dərindən təhlil edir.

Tədbirdə iştirak edən Millət vəkili Elnarə Akimova öz təbrikində vurğuladı:

“Faiq bəyi də, elmimizi də bu kitablara görə təbrik edir, müəllifə davamlı uğurlar arzulayıram!”

Bu təqdimat, yalnız bir kitabın tanıdılması deyil — milli fəlsəfi yaddaşın, ideya irsinin və elmi zəhmətin təntənəsidir.

 

Mənbə: Azərbaycan.media