Xəyallandım bir yarpağın səsindən
İçim elə yarpaq kimi titrədi…
Hiss elədim ,Tanrımın nəfəsindən-
Və anladım, bu ömür- gün fitrədi…
Oxuduqca kipriklərim su içdi
Sırallandı yaddaşımda hər sətir…
Bir göz əkdi, bir göz isə qəm biçdi –
Səpələndi bu günümə o ətir!
Uzaqlığın əl yetməzin o anlar
Körükləyir, yaxınlığın odunu…
Məni ancaq, mənim kimi o, anlar –
Ürəyimdə gizlətsəm də adını!..
Bir yarpağın səsi indi ilğımdı
Qulağıma çatan isə xışıltı…
Qəlbim şıltaq uşaqdan da çılğındı –
Ona görə tərpəndikcə yıxıldı…
Mənbə: Azərbaycan.media
