Monqolustanın Arxanqay vilayətində qarayara xəstəliyi aşkarlanıb.
Azərbaycan.media xəbər verir ki, bu barədə ölkənin zoonoz infeksiyalar üzrə tədqiqat mərkəzi məlumat yayıb.
Bildirilir ki, Sum sakini 60-dan çox iribuynuzlu heyvanın kəsilməsində iştirak edib və qarayara şübhəsi ilə rayon xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində təcrid olunub. Xəstənin ailəsinin yaşadığı əraziyə qismən karantin tətbiq edilib.
