Yazıçı, publisist,
AYB-nin Abşeron bölməsinin rəhbəri
Lala Orxanla universitetdə tanış olmuşdu. Orxan iki kurs Lalədən yuxarıda, tarix fakültəsində oxuyurdu. Atası həkim, anası məktəb direktoru idi. Bakıda yașayırdılar. O, tələbə ikən sevdiyi qızı anasına göstərmişdi. Qız anasının da çox xoşuna gəlmişdi. Lakin:- Mən müəlliməyəm, uşağı tanımaq üçün mənə bir dəfə görmək bəs edir. Çox yaxşı qızdı, Amma hələ tələsmə. Ailəsini də öyrənib, tanımalıyam. – demişdi.
Bundan sonra o, Lalənin yaşadığı rayona adam göndərib, məlumat toplamışdı. Öyrənmişdi ki, Lalənin atası ilə anası hələ qızın beş yaşı olarkən ayrılıblar. Atası şəhərə köçüb, ailə qurub. Anası isə təhsilsiz olduğundan xadimə işləyib, qızını saxlayb.
Qız xoşuna galsə də ailəsi ürəyincə olmamışdı Orxanın anasının. Oğlunu bașqa qızla evləndirmək istəmişdi, lakin, Orxan yalnız onunla evlənəcəyini söylədikdən sonra, naəlac qalıb razılaşmışdı.
Lalənin anasi Zöhrə arıq, çəlimsiz qadın idi. İşləməkdən əlləri qabar olmușdu. Üzü qırışmış, gözləri çuxura düşmüşdü. Bu gün qızını gəlin köçürürdů. Otaqda, bir kənarda durub qızına tamaşa edirdi. O, bilmirdi sevinsin yoxsa kədərlənsin. Hər iki hiss onu birdən çuğlamışdı. Qızını onu qəlbən sevən, təhsilli, qanacaqlı həm da yaraşıqlı oğlana ərə verirdi. Lakin, illər boyu qızı ilə birgə yaşamağa öyrəşmişdi. Həm qızından sonra tamamilə tənha qalacaqdı, həm də canından artıq sevdiyi qızı üçün çox darıxacaqdı. Gözləri yol çəkirdi, indidən darxmağa başlamışdı. Gəlinin ürəyi isə qəfəsə salınmış quş kimi çırpınırdı. O, bu gün ata evini tərk edirdi, Onu yeni-tamamilə başqa həyat gözləyirdi. Orxan onu sevirdi. Lakin, şəhərli qaynanası ilə necə yaşayacagını düşünürdü. Qaynanası ona yụxarıdan aşağı baxırdı. Elçiliyə gələndə də anası ilə ağızucu danışırdı. Bilərəkdən də atasının harada olduğunu soruşmuşdu. Lalə atası onlan qoyub gedəndən sonra, bir dəfə də olsun onu görməmişdi. Şəhərdə yaşadığını, ailə qurduğunu bilirdi. Amma uşaqlıqda onu bu qədər sevən, işdən gələndə başınn üzərinə qaldırıb “şirinim, şəkərim, gülüm- çiçəyim” deyən atası, gedəndən sonra bir daha geri baxmamışdı. Onun getdiyi gün Lalənin heç vaxt yadından çıxmayacaqdı. Son vaxtlar onların ailəsində, tez-tez mübahisə düşürdü. Atası bərkdən qşqırır, qab-qacaq sındırır, hətta evdə yemək də yemirdi. Anası bir küncə sığınıb hey ağlayırdı. Lalə isə tamam yaddan çıxmışdı. O, atasını gecə yarıyadək yatmayıb, gözləyərdi. Atası isə gələndə sanki, onu görməmiş kimi keçib divanda yatırdı. Həmişə onu qaşıqla öpərək yedizdirən anası da artıq bu adətlərini tərgitmişdi. Yeməyi qarşısına qoyub dedi:
Körpə deyilsən ki, qaşığı götür, özün ye. – deyirdi. Lalə çox darıxırdı. Əvvəlki mehriban, şən keçirdikləri vaxtlar üçün burnunun ucu göynəyirdi. Bir gün isə atası bərk dava- dalaş salıb, pal-paltarıı yığışdırıb, evdən çıxdı. Heç Lalə ilə görüşmədi də. Lalə çıxıb, onun arxasınca xeyli baxdı. Gözdən itəndən sonra onun həmişəlik getdiyini duyub: – Ata, ata.- deyə qışqıraraq ağlamağa başladı. Lalə bu xəyallarda ikən özündən xəbəri olmadan gözünün yaşı gəlinlik paltarının yaxasını islatmışdı. Birdən Lalənin sanki
ürəyindən atasını görmək keçdi. Elə istədi ki,
ürəyi göynədi: – Ata, haradasan? Toyumdur axı. Niyə gəlib məni yola salmırsan? – deyə qışqırmaq istədi. Halsızlaşdı. Zöhrə qızının bu halını görüb təşvişə düşdü. Ona yaxınlaşıb:
– Lalə, gözəl balam, nə oldu sənə?-Su gətirim?-deyib qızının əlindən tutdu. Heç ana. Narahat olma. Yaxşıyam. – Lalə gözünün yaşını silərək anasına baxdı, anasını, gözüyaşlı görüb-Ana sən niyə ağlayırsan? – deyə hönkürərək anasına sarıldı, -Kaş ki, atan burada olaydı, səni ədəb-ərkanla yola salaydı.- Zöhrə ah çəkdi. – Hə, ana, kaş ki, gələydi. -Mən gəldim, qızım. Bu səsə hər ikisi çönüb baxdı. Qapıda başın așağı, dikmiş, ağ saçlı, yaraşıqlı bir kişi dayanmışdı. Zəhra gözlərini geniş açıb: – Lətif? – dedi, Lalənin ürəyi əsdi. O idi, atası idi. Çox da dəyişməmişdi. Bir az saçları ağarmışdı. İstədi: – Ata!- deyib uşaqlıqda olduğu kimi boynuna sarılsın Bacarmadı. Səsi sanki elə ürəyindəcə çiliklənib atasının son dəfə getdiyi yola səpələndi. – Lalənin bu gün köçdüyünü eșitdim. Məni bağışla qızım… Maşınların siqnal səsi, “Vağzal” sədası Lətifin sözünü ağzında qoydu. Oğlan evinin adamları səs-küylə otağa daxil oldular. Gənc oğlan əlində gül dəstəsi gəlinə yaxınlaşdı. Bu vaxt oğlan evindən gələn bir qadın döşəmənin üstünə çıraq qoyaraq: Dayanın. Qoyun gəlinin atası xeyir-dua verib, çırağı başına dolandırsın, sonra aparaq. -dedi.
Araya sakitlik çökdü. Kimsə həmin qadını qınadı. Lalə gözlərini atasına dikdi. Atası ürəklənərək irəli durub, Lalənin alnından öpdü. Lalə xəyala dönmüş, son dərəcə isti və doğma nəfəsi ela bil indi duyurdu. Birdən boğuq səslə:
– Ata! – deyərək onun boynuna sarıldı. Bu səs illərin arxasından qopan fəryada bənzəyirdi. Bu səsdə həm sevinc var idi, həm da nailə. On beş il boğazını yandıran bu sözü o, ilk dəfə idi ki, dilinə gətirirdi.
Mənbə: Azərbaycan.media
