🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb – FOTO

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 29 ailə – 115 nəfər köçürülüb.