🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp Avropadan Rusiyadan neft almağı dayandırmağı tələb edib

ABŞ Prezidenti Donald Tramp yenidən Avropa ölkələrindən Rusiyadan neft almağı dayandırmağı tələb edib.

Azərbaycan.media xəbər verir ki, bu barədə Tramp Virciniya ştatındakı çıxışı zamanı bildirib.

O, bu təcrübənin davam etməməli olduğunu və tezliklə bitəcəyini deyib: “Avropalılar Rusiyadan neft alırlar. Bu baş verməməlidir, elə deyilmi?”.

Bundan əlavə, Ağ Ev rəhbəri Moskva ilə Kiyev arasındakı münaqişəyə yenidən toxunub. Tramp Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərindən məyus olduğunu da qeyd edib.\\ AZƏRTAC