İsmayıllı rayonunda qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib.
Azərbaycan.media “Report”un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, əsən güclü külək nəticəsində iri gövdəli ağac rayon sakini Ravid Pənahova məxsus kafenin üzərinə aşıb.
Hadisə zamanı xəsarət alan olmasa da, kafeyə ciddi ziyan dəyib.
