🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Yaxın vaxtda Türkiyə ilə nəqliyyat əlaqəmiz olacaq” – Paşinyan

“Türkiyə ilə fəal dialoqumuz bizə əminlik verir ki, yaxın gələcəkdə bizim Türkiyə ilə, deməli, Avropa İttifaqı ilə də quru nəqliyyatı əlaqələrimiz olacaq”.

Azərbaycan.media  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” Partiyasının qurultayında çıxışı zamanı deyib.

“Bu, həm də həlledici və vacib amildir, xüsusən nəzərə alsaq ki, bu il Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanun qüvvəyə minib. Biz artıq bu istiqamətdə səylərimizi gücləndirmişik və bundan sonra da gücləndirəcəyik”, -deyə, o, bildirib