ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul edəcək.
Azərbaycan.media xəbər verir ki, bu barədə ABŞ prezidenti sosial şəbəkə hesabında məlumat yayıb.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qarşılamaqdan məmnunam. Prezident və mən çoxsaylı ticarət və müdafiə müqavilələri üzərində işləyirik, o cümlədən böyük “Boeing” alqı-satqısı, böyük F-16 müqaviləsi və F-35 ilə bağlı danışıqları davam etdiririk. Bu danışıqların müsbət nəticələnməsini gözləyirik”, – Tramp yazıb.
