Goranboyda qətl hadisəsi baş verib.
Azərbaycan.media APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Tağıyevanı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, həyat yoldaşı 38 yaşlı Maşallah Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir.
