🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Cənnətdəki ad günün mübarək, unudulmaz sənətkar!

Dünən Azərbaycan musiqisinin parlaq simalarından biri, Respublikanın Xalq artisti, unudulmaz sənətkar Səməd Səmədovun doğum günü idi. Onun sənətinə, şəxsiyyətinə və insanlığına dərin bağlılıq göstərən sadiq dostu, sözün sehri ilə könüllərə yol tapan qələm ustası Mətanət Şamilqızı bu mənalı gündə sənətkarın məzarını ziyarət edib. Ruhuna salavatlar çevirib, yasin oxutduraraq onunla mənəvi bağını bir daha təsdiqləyib.

Ziyarətdən sonra sosial şəbəkədə paylaşdığı foto ilə yanaşı, bu duyğulu sözləri qeyd edib:
“Cənnətdəki ad günün mübarək, unudulmaz sənətkar!”

Bu sadə, lakin dərin mənalı cümlə Səməd Səmədovun sənətə və dostluğa verdiyi dəyərin, onun ruhunun yaşarlığının bir ifadəsidir. O, təkcə səhnədə deyil, insanların qəlbində də iz qoymuş bir sənətkar idi.

Qeyd edək ki, Xalq artisti Səməd Səmədov pandemiya dövründə koronavirus infeksiyası səbəbilə dünyasını dəyişmişdi. Onun itkisi Azərbaycan musiqi dünyası üçün böyük bir boşluq yaratdı. Lakin ruhu, səsi və xatirəsi hələ də yaşayır, sevilir, yad edilir.

Ruhu şad, məkanı cənnət olsun!

Fuad Biləsuvarlı

Azərbaycan.media