Hindistanın Assam ştatının Udalquri şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.
Azərbaycan.media Axar.az-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Meteorologiya Xidməti məlumat yayıb.
Təkanlar nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.
Zəlzələ ocağı yerin 5 km dərinliyində olub.
