Ağdam rayonunun Zəngişalı kəndi ərazisində fermada yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə yanğınsöndürən briqada cəlb olunub. Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının səbəbləri və dəymiş zərər araşdırılır.