Pekin səmasında iki lider gəzintidə — Putin və Si Cinpin.
Bir video, bir an, bir söhbət: ölümsüzlükdən danışırlar.
Si deyir, tərcüməçi rus dilinə çevirir:
“Əvvəllər insanlar 70 yaşına nadir hallarda çatırdı,
İndi isə 70 yaşında hələ uşaqsan.”
Sonra yenə danışır Si.
Tərcüməçi rusca deyir:
“Biotexnologiyalar inkişaf edəcək,
Orqanlar dəyişə-dəyişə insanlar cavanlaşacaq,
Hətta ölümsüzlüyə çatacaq.
Bu əsrdə 150 ilə qədər yaşamaq mümkündür.”
CCTV bu videonu yayından çıxarır.
Reuters isə cavab olaraq onu silir.
Nədir bu gizliliyin səbəbi?
Niyə qorxurlar bu sözdən: ölümsüzlük?
Mən videonu görməmişəm.
Amma görənlər deyir:
Si 150 ildən danışanda
Putinin balaca gözləri sevincdən parlayırmış.
Xəbəri oxuyanda Si — üzr istəyirəm, Cin — təpəmə vurdu.
Necə yəni?
Əgər 70 yaşında uşaqsan,
120-də yeniyetmə,
150-də isə təcrübəli gənc olacaqsan?
150 yaşında da gənc olar?
Bəlkə də olar.
Amma sizin kimi üzsüz, arsız, utanmaz olmaz!
Ona görə də, “əziz” və “hörmətli” Putin,
Zəhmət olmasa, 150 il yaşama.
Çünki sən yaşasan,
Dünya yaşamayacaq.
Müəllif: İbrahim Nəbioğlu
Azərbaycan.media
