🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Narıngül Nadirin şeiri

Toy səsi

Hardasa toy səsi var
Bu aşıq nə aşıqdır?
Daha məni gözləmə
Yollarım qarışıqdır.

Beşik tək yırğalanır
Leyləyin boş yuvası.
Özünə lay-lay deyir
Vağzalının havası.

Indi uçub gedəcək
Ürəyim uçan quşdu.
Ürəyimdə mağar var
Bütün masalar boşdu.

Ətəyimdə yüz fikir
Yığıb harda azdırım?
Bəlkə gedib bu ömrü
Toya nəmər yazdırım.

Hardasa toy çalınır
Yoxdu gəlini, bəyi.
Çalğısız toydu dünya
Adamlar masabəyi.

Azərbaycan.media