🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda “KamAZ” körpüdən maşının üzərinə aşdı: Ölənlərin sayı artdı – YENİLƏNDİ/VİDEO

Məlumat verildiyi kimi, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Avtoqəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəlki məlumatda 1 nəfərin həyatını itirdiyi, 3 nəfərin xəsarət aldığı bildirilirdi.

xxx

Paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72 CA 837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90 ZY 012 dövlət qeydiyyat nişanlı “Çangan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

xxx

Hadisə ilə bağlı FHN məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib. Əlavə məlumat veriləcək.

xxx

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan.media Publika.az-a istinadən  xəbər verir ki, hadisə Biləcəri dairəsində qeydə alınıb.

Belə ki, körpünün üzərində hərəkət edən yük maşını idarəetməni itirərək aşağıdakı avtomobillərin üzərinə düşüb.Avtomobil tamamilə yararsız vəziyyətə düşüb.