Aqrar Subsidiya Şurası 2026-cı təsərrüfat ilində pambığa görə məhsul subsidiyasını artırmaq barədə qərar qəbul edib.
Qərara əsasən, müasir suvarma sistemləri ilə TƏMİN OLUNMUŞ əkin sahələrində becərilmiş və tədarük məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə fermerlərə 215 manat subsidiya ödəniləcək.
Müasir suvarma sistemləri ilə TƏMİN OLUNMAMIŞ əkin sahələrində becərilərək tədarük məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə isə fermerlər 200 manat subsidiya alacaqlar.
2026-cı təsərrüfat ilində EKTİS-ə daxil edilmiş məlumatlar və sənədlər əsasında hesablanmış orta məhsuldarlığı 15 sent/ha və daha aşağı olan fermerlərə, habelə bir fermer üzrə orta məhsuldarlığın 60 sent/ha-dan yuxarı olan hissəsinə görə məhsul subsidiyası ödənilməyəcək.
Fuad Biləsuvarlı
Azərbaycan.media
