🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Günay Novruzun şeiri

Bu gecə yatmadım,
Dua etdim mən…
Əlimdə qələm,
Yazdığım cümlələr tarixin özü.
Bəs dualarımda nədən bəhs edirəm?

Dedim ki, Allahım,
Məni əyməy istəyən,
Sonra dəmir tək döymək istəyən,
Özünü cəmiyyətdə öyməy istəyən.
Birinə alçaltma,
Lap qocalt məni,
Amma ki alçaltma.

Dedim ki, Allahım,
Məni pis gündə görmək istəyən,
Başıma torbalar hörməy istəyən.
Alçağı ucaltma,
Bir gün də qocalt məni,
Lap qocalt məni.

Bu gecə yatmadım.

Tarix yazdım mən,
Bir gün övladlarınız oxusun deyə.
Tanısın düzü, düz, əyrini, əyri.

Yazıb, yazıb dayandım,
Yenə dua etdim.
Gəldiz şeirimə.
Dedim ki, Allahım:
Düşməndir görəsən niyə?
Alçaqdır, görəsən niyə?
Yazıqdır…
Onu da qocalt, lap mənim kimi.
Sal günümə, güzaranıma,
Düzəlsin deyə.
Düzələcəkmi?
Görəsən necə gecə yatmayacam?
Ölüncə mən sənə çatmayacağam.
Elə hey sən dadıma çatacaqsan, bilirəm.
Sənə dua edirəm, Allahım.

Azərbaycan.media