🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Futbolçuya 3 oyunluq, komandaya 3 minlik cəza

AFFA İntizam Komitəsi “Neftçi”nin futbolçusu İqor Ribeyronu cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, qərar qurumun bugünkü iclasında qəbul edilib.

Qeyd olunub ki, 25 yaşlı müdafiəçi “Turan Tovuz”la oyunun 55-ci dəqiqəsində təcavüzkar davranışa yol verib (rəqibi vurub).

Nəticədə o, birbaşa qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi bu səbəbdən də braziliyalı futbolçunu 3 oyunluq cəzalandırıb.

Paytaxt təmsilçisi isə 3000 manat cərimələnib.

Qeyd edək ki, futbolçu bu il avqust ayının 1-də “Araz-Naxçıvan”dan “Neftçi”yə keçib.