🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Brilliant Dadaşovadan yeni musiqi hədiyyəsi: “Dağlılar”

 

Azərbaycan səhnəsinin parlaq ulduzu, Xalq artisti Brilliant Dadaşova yenidən musiqisevərlərin qəlbinə yol tapdı. Söz və musiqisi Miri Dağlıya, qafiyəsi isə Nizami Rəmziyə məxsus olan “Dağlılar” adlı yeni mahnı artıq dinləyicilərin ixtiyarındadır.

Bu əsər, yalnız melodiyası ilə deyil, həm də Bakı və ətraf kəndlərin ruhunu, yaddaşını, dostluq və qardaşlıq bağlarını simvolizə edən güclü poetik mətnilə seçilir. Mahnının mərkəzi metaforu — “Bakı bir üzükdür, qaşı Dağlılardır” — şəhərin və onun insanlarının bir-birinə bağlılığını simvolizə edir.

Brilliant xanımın duyğulu və peşəkar ifasında “Dağlılar” artıq ilk gündən geniş rəğbət qazanıb. Musiqi platformalarında sürətlə yayılan bu əsər, həm nostalji, həm də müasir ruhu birləşdirərək, milli musiqimizin yeni zirvəsinə çevrilməkdədir.

Azərbaycan Media Xəbər Agentliyi olaraq inanırıq ki, bu mahnı uzun müddət hit paradların zirvəsində qalacaq və dinləyicilərin yaddaşında silinməz iz buraxacaq.

Mahnını dinləmək və sözləri ilə tanış olmaq üçün buraya baxa bilərsiniz.

 

Hazırladı: Fuad Biləsuvarlı
Azərbaycan Media Xəbər Agentliyi