🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Trampdan İsraillə bağlı etiraf: Müharibədə qalib gələ bilərlər, amma…

ABŞ prezidenti Donald Tramp İsrailin müharibə siyasəti ilə bağlı mühüm açıqlamalar verib.

Azərbaycan.media Publika.az-a istinadən xəbər verir ki, Tramp İsrailin apardığı müharibənin dayanıqsız hala düşdüyünü bəyan edərək, Təl-Əviv hökumətinə xəbərdarlıq edib.

“İsrail bu müharibəni bitirməli olacaq. Bu, İsrailə zərər verir, buna heç bir şübhə yoxdur. Müharibədə qalib gələ bilərlər, amma ictimai rəydə yox. Buna görə də İsrail imicini itirir”, – deyə Ağ Ev rəhbəri söyləyib.

Tramp İsrailin ABŞ Konqresində indiyə qədər gördüyü ən güclü lobbi olduğunu bildirib:

“İsrail Konqresdəki bütün qurumlar, korporasiyalar və ya hökumətlər arasında indiyə qədər gördüyüm ən güclü lobbi idi. Lakin bu gün belə deyil. Əvvəllər siyasətçi olmaq istəyirdinsə, İsrail haqqında pis danışa bilməzdin. Amma bu gün hər şey dəyişib”.