Bu gün sübh vaxtı Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış evinin yanması nəticəsində ölən şəxslərin kimliyi müəyyənləşib.
Azərbaycan.media xəbər verir ki, evdə yanaraq ölən şəxslərin 1949-cu il təvəllüdlü Xanım Əliyeva və qızı 1967-ci il təvəllüdlü Reyhan Əliyeva olması müəyyən edilib. onların nəşi aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə vaxtı hər mərtəbəsi 40 m² olan ikimərtəbəli ev tamamilə yanıb. Yanğınla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır./Hurriyyet.az\
