🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Keçmiş mer qəzaya düşdü: Vəziyyəti… – FOTO

ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Rudi Culiani ABŞ-ın Nyu-Hempşir ştatında avtomobil qəzası nəticəsində xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Polisin verdiyi məlumata görə, Culiani magistral yolda hərəkət edən “Ford”un sərnişin oturacağında olub və yüksək sürətlə hərəkətdə olan başqa bir avtomobil onu arxadan vurub.

“Onun döş qəfəsinin sınığı, çoxsaylı kəsik və göyərmələri, eləcə də sol qol və baldır nahiyəsində xəsarətlər olduğu müəyyən edilib”, – onun mühafizəçisi bildirib.

Culiani qəzadan sonra xəstəxanaya yerləşdirilib. Vəziyyəti yaxşıdır. Onun tezliklə evə buraxılacağı bildirilib.

Qeyd edək ki, Culiani Nyu-York şəhərinin meri vəzifəsində də çalışıb.