🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əfqanıstanda zəlzələ nəticəsində iki nəfər ölüb

Əfqanıstanın şərqində baş vermiş zəlzələ nəticəsində iki nəfər ölüb, ən azı 15 nəfər yaralanıb.

APA xəbər verir ki, bu haqda “Agence France-Presse” məlumat yayıb.

“Əfqanıstanın şərqində baş vermiş 6,0 bal gücündə zəlzələ zamanı binanın uçması nəticəsində iki uşaq ölüb, azı 15 nəfər yaralanıb”, – məlumatda deyilir.

Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə, yerin 35 kilometr dərinliyində 6,2 maqnitudalı zəlzələ baş verib.