🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yaponiyanın şərqində 5,7 bal gücündə zəlzələ baş verib

Yaponiyanın şərqində 5,7 bal gücündə zəlzələ baş verib.
Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, zəlzələ yerli vaxtla saat 1:29-da episentri Miyaqi prefekturasının şərqində qeydə alınıb.

40 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudasının 5,7 olduğu bildirilir.

Zəlzələdən sonra insan tələfatı və dağıntılar barədə məlumat verilməyib, sunami xəbərdarlığı da verilməyib.