🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Makron Putini hədələyib, vaxt verdi: Bu addımı atmasa…

Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda Ukrayna lideri Vladimir Zelenski ilə görüşməsə, Moskva yeni sanksiyalarla üzləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “Le Figaro”-ya açıqlamasında bildirib.

“Əgər prezident Putinin ABŞ lideri Donald Trampa söz verdiyi ikitərəfli görüş bazar ertəsinə qədər baş tutmasa, bu, onun Trampı bir daha aldatması demək olacaq”, – Makron vurğulayıb.

Onun sözlərinə görə, belə halda Fransa və Almaniya Rusiyaya qarşı həm birincili, həm də ikincili sanksiyaların tətbiqini dəstəkləyəcək.