🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Avtomobil piyadanı vurdu, yolda sıxlıq yarandı

Sabunçu rayonu, Yavər Əliyev küçəsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Xəsarətlə nəticələn qəza səbəbindən Bakıxanov qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Polis əməkdaşları tərəfindən yolda zəruri tədbirlər görülür.