🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Atatürkün heç vaxt yayımlanmayan görüntüləri – VİDEO

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 30 Avqust Zəfər Bayramının 103-cü ildönümü münasibətilə paylaşım edib.

Publika.az xəbər verir ki, paylaşımda Mustafa Kamal Atatürkün arxivdən çıxarılan və ilk dəfə yayımlanan görüntüləri yer alıb.

“Biz müstəqillik və gələcək uğrunda mübarizəmizin zəfərli taclanmasının 103-cü ildönümünü təsvirolunmaz qürur və ruh yüksəkliyi ilə qeyd edirik.

30 Avqust Zəfərinin sevincini və qürurunu bir daha dadarkən, Kino Ümumi Müdirliyimiz tərəfindən üzə çıxarılan Mustafa Kamal Atatürkün bu ilk yayımlanan kadrını sizlərlə bölüşmək istəyirəm.

 

1935 və ya 1936-cı ildə çəkildiyi güman edilən bu kadrlarda Atatürk Florya Dəniz Köşkündə onu qarşılayan uşaqlarla birlikdə görünür. Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkü, əziz şəhid və qazilərimizi rəhmət və ehtiramla yad edirəm”, – deyə nazir yazıb.

 

Roza