ONDA MƏN OLMAYACAM
Bir gün ruhum yorulub,
Cismimi tərk edəcək.
Can bədəndən ayrılıb,
Göy üzünə gedəcək.
Onda mən olmayacam.
Kədərlənib dost-tanış,
“Çox hayıf” deyəcəklər.
Toplaşıb bir məclisdə,
Nitqlər söyləyəcəklər.
Onda mən olmayacam.
Məzarımın üstündə,
Parlayar sinə daşım.
Bir qızım ağlayacaq,
Bir də bacım, qardaşım.
Onda mən olmayacam.
Övladlarım gələcək,
Bagışla, deyəçəklər.
Hər saat, hər dəqiqə,
“Kaş ki…” söyləyəcəklər,
Onda mən olmayacam.
Bir həsrət nalə çəkib,
Tutar bu eşqin yasın.
Axtarar məni hər gün,
O qəlbi yaşıl yosun.
Onda mən olmayacam.
Getdiyim o yerlərdə,
Qızlar şeir istəyər.
Boylanıb tədbirlərdə,
“Hanı o şair?”-deyər.
Onda mən olmayacam.
Bir vaxt girən min dona,
Daha ona daş atmaz.
Zəng edər telfonuna,
O nömrəyə zəng çatmaz.
Onda mən olmayacam.
Bir gün adım dillərdə,
O dahi deyəcəklər.
Kitablarım əllərdə,
Şeir söyləyəcəklər.
Onda mən qayıdacam!
Onda mən qayıdacam!!
SƏN MƏNİ HƏLƏ ÇOX AXTARACAQSAN…
Gün gələr, qovuşar illər illərə,
Qara gün ömrünü verər yellərə.
Ümidlə boylanıb doğma çöllərə,
Sən məni hələ çox axtaracaqsan.
Sinənə dağ çəkər eşqin havası,
Biçər ürəyinə həsrət libası.
O nakam sevgiyə tutaraq yası,
Sən məni hələ çox axtaracaqsan.
Sinən tuş gələcək o suclarına,
Düşəcək həsrətdən dən saçlarına.
Axacaq göz yaşın ovuclarına,
Sən məni hələ çox axtaracaqsan.
Hər yerdə, hər yanda yerim görünər,
Gizlicə gələrsən görüş yerinə.
Bəzən də oxşadıb özgə birinə,
Sən məni hələ çox axtaracaqsan.
Mən gedən yollardan keçəcək yolun,
Qüssədən yanına düşəcək qolun.
“Kaş ki”deyə-deyə gözlərin dolu,
Sən məni hələ çox axtaracaqsan!
Gün gələr, qovuşar illər illərə,
Qara gün ömrünü verər yellərə.
Ümidlə boylanıb doğma çöllərə,
Sən məni hələ çox axtaracaqsan.
Sinənə dağ çəkər eşqin havası,
Biçər ürəyinə həsrət libası.
O nakam sevgiyə tutaraq yası,
Sən məni hələ çox axtaracaqsan.
Sinən tuş gələcək o suclarına,
Düşəcək həsrətdən dən saçlarına.
Axacaq göz yaşın ovuclarına,
Sən məni hələ çox axtaracaqsan.
Hər yerdə, hər yanda yerim görünər,
Gizlicə gələrsən görüş yerinə.
Bəzən də oxşadıb özgə birinə,
Sən məni hələ çox axtaracaqsan.
Mən gedən yollardan keçəcək yolun,
Qüssədən yanına düşəcək qolun.
“Kaş ki”deyə-deyə gözlərin dolu,
Sən məni hələ çox axtaracaqsan!
