🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mənim Mirzə əmim – dağ oğlu, dağdır

Bu gün uzun illər dövlət qulluğunda fədakarcasına xidmət göstərmiş, jurnalist-politoloq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, mənim üçün əziz və dəyərli bir ziyalı — Mirzə Müşfiq Cəfərovun 74 yaşı tamam olur.
Ustadımı ziyarət edib doğum gününü ürəkdən təbrik etdim.
100 yaşasın, canım əmim!
Bu şeirimi də onun şərəfinə, onun ruhuna, onun ömür yoluna həsr etmişəm.

Mənim Mirzə əmim – dağ oğlu, dağdır

Daim yolumuzu eləyir hamar,
Çəkir saçımıza əliylə tumar.
Zirvəsində bizə hər vaxt yer açar –
Mənim Mirzə əmim – dağ oğlu, dağdır.
Nə deyir, düz deyir – o Allah haqqı!

Özü də, sözü də dönüb sərvətə,
Yanına gedirik hey məsləhətə,
Xalq üçün örnəkdir—vətən, millətə,
Ürəyi xalq ilə yanan ocaqdır.
Nə deyir, düz deyir – o Allah haqqı!

Ondan öyrənməli yüz məsələ var,
Odur ömrümüzə əbədi simsar.
O, ağsaqqalımız – bizə tən divar,
Biz Cəfərovlara arxa dayaqdır.
Nə deyir, düz deyir – o Allah haqqı!

Qazancın min yerə böldü həmişə,
Güldüksə, o da ki, güldü həmişə.
Axan göz yaşları sildi həmişə,
Bu ki, hər bir kəsə yaxşı agahdır.
Nə deyir, düz deyir – o Allah haqqı!

Məni ayırmadı iki oğlundan,
Heç zaman silmədi məni ağlından.
Fuad, əmin ayrı aləm, doğrudan,
Əmilər içində vəzir, xan, şahdı.
Nə deyir, düz deyir – o Allah haqqı!

Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı, Həsən bəy Zərdabi mükafatçısı.