🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gədəbəydə evdə yanğın: zəhərlənən var

Gədəbəydə ev yanıb, tüstüdən zəhərlənən var

Publika.az xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Fərdi evdə baş vermiş yanğın zamanı 1959-cu il təvəllüdlü Q.Məmmədəliyev tüstüdən zəhərlənib. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.